Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı

Bayraq

Bakıda, Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır. Baki-Baku.az Oxu.az-a istinadən bildirir ki, Dövlət Bayrağı Meydanında aparılan təmir işlərindən sonra ilk dəfə test məqsədi ilə bayrağımız bu il avqust ayının 2-də asılmışdı. Bundan sonra bir neçə dəfə test keçirilmişdi. Qeyd edək ki, sabah Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunacaq.

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə yürüş keçirilir

Parad

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda hərbçilərin iştirakı ilə beş istiqamətdə yürüş keçirilir:Heydər Əliyev sarayından başlayan yürüş Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “Amay” TM;Şəhidlər xiyabanından başlayan yürüş “Alov Qüllələri” – metronun “İçərişəhər” stansiyası – Qala Qapısı – Kukla Teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;Musabəyov parkından başlayan yürüş […]

Azərbaycanda sərnişindaşıma üçün “Fərqlənmə nişanı”nın forması təsdiqlənib

Sərnişindaşıma üçün "Fərqlənmə nişanı"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Fərqlənmə nişanı”nın, “Xüsusi fərqlənmə nişanı”nın və “Fərqlənmə nişanı”nın alınması üçün ərizə”nin formalarını təsdiq edib.Baki-baku.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.Qərarla, avtobuslar və taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı”nın forması təsdiqlənib.Həmçinin vergi ödəyicilərinin mülkiyyətində olan avtobuslar və minik […]

ADY COP29 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Nazirlər Kabinetinin noyabr ayında iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq, həmçinin COP29 tədbir günlərində sərnişin səfərlərinin daha rahat və təhlükəsiz təşkil edilməsi məqsədilə şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edir.Baki-Baku.az ADY-yə istinadən xəbər verir ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata […]

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür.Baki-baku.az xəbər verir ki, bu gün FHN-in yaradılmasından 19 il ötür.Belə ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.Fövqəladə Hallar Nazirliyi ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan […]

Yerin daxili quruluşu

Yer

Yer daxili quruluşuna görə yer qabığı, mantiya və nüvədən ibarətdir. Ümumiyyətlə, yerin mərkəzinə doğru süxurların temperaturu və sıxlığı artır. Yerdə süxurların orta sıxlığı 5,5 q/sm3, səthdə 3,5 q/sm3, Yerin mərkəzində 12,9 q/sm3-dir. Yer qabığında dərinliyə doğru hər 100 m-də temperaturun arrması geotermik qradiyent adlanır və bu, təxminən 3ºC-dir. Süxurların temperaturunun 1ºC artması üçün lazım gələn […]

Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciəti

DYP

8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət ünvanlayıb.Qeyd olunub ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır

28 May

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işləri davam etdirilir. Baki-Baku.az xəbər verir ki, Noyabrın 7-dən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “Hamısı bir yerdə” (“All in one”) prinsipi əsasında qurulan “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayır. […]

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ

Xəzər dənizində zəlzələ baş verib. Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb. Məlumata görə, 3.4 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 12:34-də qeydə alınıb.Qeyd edək ki, zəlzələ ocağının dərinliyi 67 kilometr olub.

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb

Baki-Baku az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda va Abşeron yarımadasında dekabrın 16-da gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayinlarında gecə və səhər yolların buz bağlama ehtimalı var. Hava şəraiti ilə bağlı sürücülərin hava durumunu nəzərə almaları və ehtiyatlı olmaları tövsiyə edilir.

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors