Avropa Kosmik Agentliyi (AKA) NASA ilə birlikdə Günəş səthinin “Solar Orbiter” kosmik aparatı tərəfindən çəkilmiş ən detallı və yüksəkkeyfiyyətli şəkillərini ictimaiyyətə təqdim edib.
Baki-Baku.az bu barədə Rg.ru-ya istinadən xəbər verir.
Məlumata görə, kadrlar 2023-cü il martın 22-də rekord məsafədən – Günəşdən 74 milyon kilometr uzaqlıqdan çəkilib. Tam mənzərəni əldə etmək üçün alimlər 25 ayrı şəkildən mozaika düzəldiblər.
Günəş diskinin orijinal şəkillərinin keyfiyyəti təxminən 8 000 pikseldir ki, bu da əvvəllər əlçatmaz olan çoxlu sayda detalları görmək imkanı verir.