Nəşr edilmişdir 11/21/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Kembric lüğəti “ilin sözü”nü elan edib

Kembric

Kembric İngilis Dili Lüğəti “manifest” (“manifestləşdirmək”) feilini 2024-cü ilin sözü elan edib.
Baki-Baku.az bu barədə Kembric Universitetinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, Universitetin bəyanatında bildirilir ki, bu il Kembric Lüğətinin saytında “manifest” sözü təxminən 130 min dəfə axtarılıb ki, bu da onu istifadəçilər arasında ən populyar sözlərdən birinə çevirib.
Lüğətin tərifinə görə, manifestləşdirmək – istədiyiniz bir şeyə nail olduğunuzu təsəvvür etməyə kömək üçün vizuallaşdırma və təsdiqləmə kimi metodlardan (belə hərəkətlərin bu nailiyyətlərin ehtimalını artıracağına inanaraq) istifadə etmək deməkdir.

Qeyd olunub ki, bu feildən əvvəlcə sosial şəbəkələr də daxil olmaqla müxtəlif özünüinkişaf qruplarının iştirakçıları istifadə etməyə başlayıblar, lakin zaman keçdikcə o, müğənni Dua Lipa və İngiltərə millisinin futbolçusu Olli Uotkins də daxil olmaqla dünya məşhurlarının leksikonuna daxil olub.
Eyni zamanda, Kembric Universitetinin əməkdaşları terminin elmi hesab edilə bilməyəcəyini etiraf ediblər.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti

Ən son

DİGƏR XƏBƏRLƏR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi fırtınalı hava şəraiti ilə

ƏSAS XƏBƏRLƏR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.Baki-baku.az xəbər

DİGƏR XƏBƏRLƏR

Bakıda dekabrın 13-də MDB-yə üzv ölkələrin Könüllü Təşkilatlarının Forumu başlayıb.Baki-baku.az “Report”a istinadən xəbər verir ki,