Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Bakıda leysan yağacaq

Bakıda leysan yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verir.Məlumata görə, yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.Azərbaycanın rayonlarında isə […]

Orqanizmin qışdan əvvəl hansı vitaminlərə ehtiyacı var?

Payızda bir çox insan orqanizmdə vitamin çatışmazlığını bərpa etməlidir. Bu mövsümdə insana əsas lazım olan D və C vitaminləridir.Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.Məlumata görə, sümüklər təkcə kalsiumla deyil, həm də K vitaminləri ilə möhkəmlənir. Onlar osteokalsin sintezində iştirak edirlər. Bu, sümük mineralizasiyasından məsul olan zülaldır.Belə ki, ispanaq, kələm, qulançar, cəfəri, lobya, noxud və […]

COP29 zolaqları qüvvədən düşdü

COP29

Bu gündən COP29 zolaqları qüvvədən düşüb.Baki-Baku.az bu barədə Oxu.Az-a istinadən xəbər verir.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib ki, COP29 tədbiri müddətində zolaqlarda olan 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işləri icra edilib. Yol nişanları çıxarılan bütün COP29 zolaqları artıq qüvvədən düşmüş hesab olunur. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə […]

Yaxşı yatmağa kömək edəcək üç əsas məhsul

“Yuxu pozğunluqları müasir insanın ən geniş yayılmış problemlərindən biridir. Bunun əsas səbəbi isə sirkad ritmlərə riayət edilməməsi və ya “sosial jet laq” adlanan vəziyyətdir”.Baki-baku.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.Rusiyalı tibb elmləri doktoru, nevroloq Aleksey Danilov bildirib ki, insanların müxtəlif vaxtlarda yatması, gecə ağır şam yeməyi yeməsi, təmiz havada az vaxt keçirməsi sağlamlığa və yuxu-oyaqlıq […]

Sabah güclü külək bəzi insanlarda narahatlıq yarada bilər

Tibbi-meteoroloji proqnoz açıqlanıb.Baki-baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.Proqnoza əsasən, noyabrın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Fotoqrafların gözü ilə planetimizdən möhtəşəm görüntülər

“Landscape Photographer of the Year” mükafatı 2024-cü ilin qaliblərini elan edib. Münsiflər heyəti planetimizin inanılmaz gözəlliyini nümayiş etdirən dünyanın ən gözəl mənzərə şəkillərini seçib.Baki-Baku.az bu barədə dpreview.com portalına istinadla xəbər verir.Məlumata görə, əsas mükafat ardıcıl ikinci il Kanadadan olan fotoqraf Endryu Melzinskiyə verilib. O, Çilidəki Atakama səhrasında fantastik günəş doğuşunu çəkməyə nail olub.Mükafatın digər laureatları […]

“İnsanyuyan” maşın ixtira olunub

Yaponiyada “insanyuyan” və “qurudan” maşın ixtira olunub.Baki-Baku.az bu barədə kp.ru-ya istinadən xəbər yayır.Bildirilib ki, innovativ ixtira gələn ilin yazında “Osaka Kansai Expo” sərgisində nümayiş olunacaq. Tədbirdə bəzi ziyarətçilərə, hətta bu ağıllı cihazın təsirini öz üzərilərində sınamaq şansı veriləcək.Mütəxəssislər robotexnikanın iş sistemini izah ediblər.“Maşına quraşdırılmış sensorlar çimənin bir sıra fizioloji parametrlərini (məsələn, təzyiq və nəbz tezliyi […]

Azərbaycanlı fotoqrafın fotosu “National Geographic” jurnalında dərc olunub

Dünyaşöhrətli fotoqraf Rəna Əffəndinin fotosu “National Geographic” jurnalında dərc olunub. Baki-baku.az xəbər verir ki, bu barədə fotoqraf sosial media hesabında yazıb.“Bu ilin “National Geographic” jurnalının İlin Şəkilləri buraxılışına daxil edilməyimdən qürur duyuram. Mənim Mərakeşin Qızılgül Vadisi haqqında reportajımdan olan fotom – 2024-cü ilin yazında Kelat M’quna şəhərində səhər tezdən qızılgül qönçələrini əllə çeşidləyən qadınları əks […]

Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi

Bakı şəhərinin yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.Baki-Baku.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.Layihənin icrasından əvvəl, 8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda, Qədir Məmmədov küçəsindən sola […]

Hansı içkilər dişlərə zərər verir? – Həkim məsləhəti

İçki

Çay göbələyi (çay, şəkər, maya və bakteriyalardan hazırlanmış fermentləşdirilmiş içkidir – red.) əsasında hazırlanmış kombuça adlı içki, limonlu su, diyetik qazlı içki və mineral su yüksək turşuluq səbəbindən diş minasına zərər verə bilər.Baki-Baku.az bu barədə “Daily Mail“ə istinadən xəbər verir.Londonun aparıcı stomatoloqu, Britaniya Kosmetik Stomatologiya Akademiyasının keçmiş prezidenti Ceyms Qulnik bildirib ki, həzm sisteminin fəaliyyətini […]