Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2025

Paylaşın

HƏR ŞEYDƏN

Çarlz Coqin — “Titanik”in baş çörəkbişirəni — təkcə sənəti ilə deyil, həm də inanılmaz şəkildə sağ qalması ilə tarixə düşüb

Çarlz Coqin, "Titanik", Gəmi

“Titatnik” batarkən o, qadınlara və uşaqlara xilasedici qayıqlara minməyə kömək edirdi. Körpələri isə birbaşa bortdan aşıraraq qayıqlara çatdırırdı.

Öz isə qayığa minmədi. Sonradan Britaniya komissiyasındakı ifadəsində bildirmişdi: “Bu, pis nümunə olardı”. Qayığının onsuz uzaqlaşmasına baxaraq, Coqin sakit şəkildə öz kayutuna qayıtdı… daha bir stəkan sərt spirtli içki içmək üçün. Həmin axşam az içki içməmişdi — və qəribə də olsa, məhz bu fakt onun həyatını xilas etdi.

Sonuncu xilasedici qayıqlar uzaqlaşandan sonra o, gəmidə qaldı və dediyinə görə, “Titanik”lə birlikdə sanki liftdə olduğu kimi sakit şəkildə suyun dərinliyinə enib.

Adətən, belə vəziyyətlərdə spirtli içki həyatı xilas etmir, əksinə, ölüm riskini artırır: damarlar genişlənir, qan həyati vacib orqanlardan dərinin səthinə yönəlir və bədən daha sürətlə soyuyur. Amma Coqin üçün hər şey fərqli oldu.

Həmin gecə Şimal Atlantikasında suyun temperaturu təxminən –2 °C idi. Bu qədər soyuq əksinə, damarları kəskin şəkildə daraldır və spirtin təsirini tarazlayırdı. Coqin sonradan deyirdi ki, suda özünü nisbətən sakit hiss edib və demək olar ki, ağrı hiss etməyib.

O, təxminən iki saat buz kimi suda qaldıqdan sonra tərsinə çevrilmiş xilasedici qayığa çıxmağı bacarıb. Az sonra isə başqa bir xilasedici qayığın köməyi ilə tamamilə xilas edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin