Nəşr edilmişdir 04/20/2025

Paylaşın

GÜNDƏM

Bu gün xristianlar Pasxa bayramını qeyd edirlər

IMG-20250420-WA0051

Bu gün bütün dünyada xristianlar Pasxa bayramını qeyd edirlər.

Baki-baku.az xatırladır ki, Pasxa – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır.

Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi “Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Estertide və ya Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.

Pasxa tarixi günəş-ay dövrəsi əsasında hesablanır. Ay ili 30 və 29 gündən ibarət olan ayların periodik şəkildə bir-birini əvəz etməsi nəticəsində yaranır. Hər bir günəş ilində (1 yanvardan 31 dekabra kimi hesablanır) ay ayı kilsə hesablamasına əsaslanan yeni ayın doğması ilə başlayır və 29 gün (bəzən 30 gün) davam edir.

Qeyd edək ki, bu il katoliklər, pravoslavlar və protestantlarda Pasxa eyni günə təsadüf edir. Sonuncu dəfə belə bir hal 2017-ci ildə qeydə alınıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçirildi.

GÜNDƏM

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının premyerası keçirildi.