Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2025

Paylaşın

GÜNDƏM

Bu gün Torpaq çərşənbəsidir

20250318_095739

Bu gün Azərbaycanda Torpaq çərşənbəsi qeyd olunur.

Baki-baku.az xatırladır ki, Torpaq çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən sonuncusudur.
Torpaq çərşənbəsi və ya Axır çərşənbəyə xalq arasında “İlaxır çərşənbə” də deyirlər. Və artıq Novruz bayramına lap az qaldığına görə bu çərşənbə xüsusi qeyd olunur.
Bu gün niyyət tutub, qulaq falına çıxar, eşitdiklərinə əsasən ilin necə keçəcəyini bilər insanlar. Həyətdə oğul-uşaq qonum-qonşu qapısına papaq atar, ev sahibləri də onların papağına bayram yer-yemişindən pay qoyar.
Bundan başqa, ilaxır çərşənbənin ən vacib adətlərindən biri tonqal qalamaqdır. Həmin axşam tonqal qalanar, hamı tonqalın üstündən tullanaraq “Ağırlığım odda yansın” deyər. Bu inanca görə, insanlar ötən ilin bütün ağrı-acısını bu bayram tonqalında yandırar, yeni ilə sağlam və xoşbəxt girirlər.
Yumurta boyamaq da bu günün gözəl adətlərindədir. Yumurtaların rəngbərəng boyanması fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl rəng isə yazın rəmzidir.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etmək lazımdır. Əks halda həmin insan Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaq.

İlaxır çərşənbəniz mübarək!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает портал Baki-baku.az, Крупное рандомизированное исследование VITAL продемонстрировало, что витамин D способен замедлять один из ключевых биологических

Ən son

KÖŞƏ YAZILARI

Baki-baku.az portalının qeyd etdiyi kimi, məhz belə bir fiqur- 1960-cı illərdə Azərbaycan SSR-də qorxu saçan

KÖŞƏ YAZILARI

Baki-baku.az portalının qeyd etdiyi kimi, məhz belə bir fiqur- 1960-cı illərdə Azərbaycan SSR-də qorxu saçan
Facebook
X (Twitter)
LinkedIn
Email