Nəşr edilmişdir 03/04/2025

Paylaşın

GÜNDƏM

Bu gün Od çərşənbəsidir

IMG-20250304-WA0048

Bu gün Od çərşənbəsidir.
Baki-baku.az xatırladır ki, Od çərşənbəsi Novruz bayramına hazırlıq çərşənbələrinin ikincisidir və xalq inanclarına görə, bu gün odun müqəddəsliyi və təmizləyici gücü ön plana çıxır. Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Türkdilli xalqlarda Günəşə, oda, atəşə lap qədim zamanlardan böyük inam olub. Məhz buna görə də bu çərşənbədə insanlar tonqal qalayır, onun üzərindən atlanaraq: “Ağırlığım, uğurluğum odda yansın”, – deyirlər. İnsanlar hesab edirlər ki, bu əməl bədlikdən, xəstəlik və uğursuzluqlardan çıxarır, qoruyur.


Od çərşənbəsində ailəsində itki olan – yası olan evin qarşısında tonqal qalayarlar. Bununla da həmin ailəni yasdan çıxararlar.
Qeyd edək ki, növbəti çərşənbə – Yel çərşənbəsi martın 11-də olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-də, Novruz bayramı isə martın 20-si qeyd ediləcək.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ən son

GÜNDƏM

Ümumiyyətlə, "Ferrari"nin cəmi 129 belə avtomobil istehsal etdiyi hesab olunur.

GÜNDƏM

Ümumiyyətlə, "Ferrari"nin cəmi 129 belə avtomobil istehsal etdiyi hesab olunur.