Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Payızda C vitamini: Həqiqət və yanlış inanclar

Payız mövsümündə soyuqdəymədən qorunmaq üçün C vitamini və digər qida əlavələrinə üz tutanların sayı artır.
Baki-baku.az xəbər verir ki, həkimlərin sözlərinə görə, bu yanaşma göründüyü qədər effektiv deyil.

Avropa Tibb Mərkəzinin terapevti, professor Svetlana Kanevskaya “Gazeta.ru”ya açıqlamasında bildirib ki, C vitamininin nəzarətsiz istifadəsi nə soyuqdəymənin qarşısını alır, nə də xəstəliyin gedişatını yüngülləşdirir.

Onun sözlərinə görə, C vitamini immun sisteminə yalnız normal konsentrasiyada fayda verir. Artıq dozalar isə əksinə, orqanizmə zərər vura bilər: qaraciyər və böyrəklərin yüklənməsi, vitamin-mineral balansının pozulması, hətta böyrək daşı riskinin artması mümkündür. Çünki askorbin turşusu bədəndə oksalata çevrilir və bu maddə kalsiumla birləşərək kristallar əmələ gətirə bilir.

Kanevskaya vurğulayıb ki, sağlam immunitetin formalaşması uzunmüddətli prosesdir və bunun əsasında düzgün yuxu rejimi, balanslı qidalanma, fiziki aktivlik, stressin idarə olunması və xroniki xəstəliklərə nəzarət dayanır:
“Bir neçə gün ərzində qəbul edilən “möcüzəvi” vitaminlər immuniteti gücləndirə bilməz”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil

Ən son

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin