Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

GÜNDƏM

Bu gün Hərbi Donanma Günüdür

Hərbi Donanma Günü

5 avqust hər il Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd olunur.
Baki-baku.az xatırladır ki, bu peşə bayramı ölkənin dəniz sərhədlərinin qorunması və hərbi-dəniz qüvvələrinin inkişafında əvəzsiz rol oynayan dənizçilərə həsr olunur.

Tarixi köklər

Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1919-cu ildə – ölkənin hərbi dəniz donanmasının əsası qoyuldu. İngilislərin Bakını tərk etməsindən sonra şəhər limanı və bir sıra hərbi gəmilər Azərbaycan hökumətinə təhvil verildi. Bu tarixi addım Azərbaycanın suverenliyini dənizdə təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Lakin Azərbaycan Xəzər donanmasının yaradılması Cənubi Rusiya Silahlı Qüvvələrinin etirazı ilə qarşılandı. Onlar yalnız Rusiyanın Xəzərdə hərbi donanma saxlamaq hüququ olduğunu iddia edirdilər. Azərbaycan hökuməti isə bu iddiaları qətiyyətlə rədd edərək, öz suveren hüququnu diplomatik yollarla müdafiə etdi. Bu mövqenin nəticəsində beynəlxalq ictimaiyyətin də dəstəyi ilə Rusiya tərəfi geri çəkildi.

1919-cu ilin sonlarında Azərbaycan donanmasının gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Xaricdən müxtəlif hərbi texnika və qayıqlar alındı, türk əsilli admiral İslamovun yardımı ilə milli kadrların hazırlanması işinə başlanıldı. Lakin 1920-ci ilin aprelində baş verən bolşevik işğalı nəticəsində bu inkişaf dayandı və Azərbaycan hərbi donanması ləğv olundu.

Müstəqillik dövründə yenidən doğuluş

SSRİ-nin süqutundan sonra Azərbaycanın hərbi-dəniz qüvvələrinin yenidən təşkili mümkün oldu. 1992-ci ildə Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin Qərargahı və mühafizə rotası yaradıldı. Həmin il “Bakılı” keşikçi gəmisində dövlət bayrağı ucaldıldı. Xəzər Hərbi Donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycanın ixtiyarına verildi.

1996-cı ildə isə ulu öndər Heydər Əliyevin fərmanı ilə 5 avqust rəsmi olaraq Hərbi Donanma Günü elan olundu. Bu gün ölkənin hərbi dəniz qüvvələrinin inkişafı, dəniz təhlükəsizliyi və suverenliyin qorunmasında xidmət göstərən şəxslərə ehtiram əlaməti olaraq qeyd edilir.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Обычай целовать руку даме берет свое начало в средневековой Европе.