Nəşr edilmişdir 03/23/2025

Paylaşın

GÜNDƏM

Bu gün dünyanın ən tənbəl sözü sayılan “OK”un istifadə günüdür

1FA2ADA5-B580-4760-8C9F-58E0340E0626

Dünyada, hətta Azərbaycanda da ən çox işlədilən sözlərdən biri olan “OK” gündəlik həyatımızda, yazışmalarda, qeyri-rəsmi ünsiyyətdə geniş şəkildə istifadə olunur. Lakin bu sözün necə və haradan yarandığı, mənasının nə olduğu bir çoxları üçün maraqlı mövzudur.
Baki-baku.az xəbər verir ki, “OK” sözünün mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur, lakin ən geniş qəbul edilən versiya onun XIX əsr Amerikada ortaya çıxmasıdır.
Birincisi və ən geniş yayılanı təbii ki, Amerika Birləşmiş Ştatlarının 8-ci prezidenti olmuş Martin Van Byurenlə bağlıdır. Deyilənə görə, “ok” onun ləqəbi olub. Old Kinderhook – prezidentin doğulduğu holland qəsəbəsi bu cür adlanırdı. O, bu bənzəri olmayan adı özünə təxəllüs seçibmiş. Seçki öncəsi nyu-yorklu demokratlar belə bir reklam şüarı hazırlamışdılar: “Old Kinderhook is O.K”.
Seçkilərdə dəstək məqsədiylə Martin “The OK Club” adlı siyası qrup yaradır. “OK” daim dildə istifadə edilməyə başladı. Bu sözün “anadan olma” tarixi 1839-cu il 22 mart hesab olunur.
Daha bir nəzəriyyə isə “OK” sözünün XIX əsrdə ABŞ-da, xüsusilə Bostonda yarandığı bildirilir. O dövrdə qəzetlərdə və gündəlik yazışmalarda qeyri-adi, səhv yazılmış ifadələrə yer verilməsi populyar idi. Məsələn, “All Correct” (“hər şey qaydasındadır”) ifadəsi bilərəkdən “Oll Korrect” kimi səhv yazılmış və qısaldılaraq “OK” formasına salınmışdır. Bu qısaltma getdikcə məşhurlaşaraq geniş istifadə olunmuşdur.
Bəzi tarixi mənbələrə görə, ABŞ-ın yeddinci prezidenti Endryu Cekson (Andrew Jackson) yazışmalarında “OK” sözünü tez-tez istifadə edirdi. Onun “OK” sözünü “Oll Korrect” (All Correct) kimi qısaltdığı və bu ifadənin populyarlaşmasına töhfə verdiyi iddia olunur.
Bu söz zamanla ingilis dilində “hər şey qaydasındadır”, “razıyam”, “uyğundur” mənalarını daşıyan ümumi bir ifadəyə çevrildi.
“OK” sadə bir qısaltma kimi görünsə də, maraqlı bir tarixi və geniş istifadə dairəsi olan sözdür. XIX əsrdə ABŞ-da yaranan bu ifadə zamanla dünyanın hər yerində tanınıb və qəbul edilib. Günümüzdə istər danışıq dilində, istərsə də yazılı ünsiyyətdə “OK” sözü universal bir razılıq ifadəsi kimi qalmağa davam edir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, bu barədə Lids Universitetinin rəsmi saytında məlumat yayılıb.

Ən son

GÜNDƏM

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. “Azərbaycanın Milli Qəhrəmanı”

GÜNDƏM

Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. “Azərbaycanın Milli Qəhrəmanı”