Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/28/2026

Paylaşın

TARİX

Böyük Qars Konqresinin qərarı ilə qurulan, ingilislərin əli ilə devrilən, cəmi üç ay ömür sürən Türk Cümhuriyyəti

WhatsApp Image 2026-07-28 at 09.35.27

I yazı

Azərbaycan Xalq Cümhuriyyəti Cənub-Qərb Qafqaz Cümhuriyyətini tanıdığını elan edərək hökumətə qarşı ediləcək hər hansı bir təyziqi özünə qarşı edilmiş kimi qəbul edəcəyini açıqladı

Bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda savaşın təməli Birinci Dünya Müharibəsində qoyuldu. Qeyri-müəyyənliklə əhatə olunan bu dövrdə 1919-cu il yanvarın 18-də keçirilən Böyük Qars Konqresinin nəticəsi olaraq aprelin 12-də qurulan Qars Cümhuriyyəti, digər adı ilə isə Cənub-Qərb Qafqaz Müvəqqəti Hökuməti ingilislərin Qarsı ermənilərə verməsi ilə süqut etdi. Cəmi üç ay ömür sürən bu türk cümhuriyyəti Osmanlı üzərinə gələn növbəti səlib yürüşünə tarixi cavab idi.

1878-ci ildə “93 hərbi” kimi tanınan Osmanlı-Rus müharibəsi Osmanlının ağır məğlubiyyəti ilə nəticələnərkən, imzalanan müqaviləyə görə Osmanlı dövlətinin Rusiyaya 1 milyard 410 milyon rubl təzminat ödəməsi qərara alındı. Lakin o dövrdə Osmanlı dövlətinin belə böyük bir təzminatı ödəməyə imkanı yox idi. Bu səbəbdən ruslarla yenidən razılaşma yolunu seçən Osmanlı dövləti təzminatın bir hissəsinin qarşılığı olaraq Qars, Ərdəhan, Batum və Doğubəyazidi Rusiyaya təhvil verəcək, qalan 300 milyon rublu isə pul olaraq ödəyəcəkdi. Bundan başqa, Serbiya, Monteneqro, Rumıniya və Bolqarıstan Osmanlının təsir dairəsindən çıxacaqdı. Müqavilənin bu şərtləri ingilisləri qane etmirdi. Yeni xəritəyə əsasən rusların isti dənizlərə Bolqarıstan vasitəsilə asanlıqla çıxa biləcəyindən narahat olan ingilislər “Berlin” müqaviləsinə görə Qars, Ərdəhan və Batum Rusiyaya, Doğubəyazid və Ələşkərd vadisi isə Osmanlı dövlətində saxlanıldı.

Bölgənin demoqrafik durumunu dəyişmək üçün Anadoludan təxminən 120 min rum və erməni Qars torpaqlarına yerləşdirildi

Bu müqavilənin nəticəsində yüz minlərlə müsəlman – Qafqaz türkü Rusiya sərhədləri daxilində qaldı. Ruslar bölgəni ələ keçirdikdən sonra “Ruslaşdırma siyasəti”nə başlayaraq türkləri təzyiqlərlə köçə məcbur etdi və Anadolu ilə Azərbaycan arasındakı əlaqənin kəsilməsinə nail oldu. Həmçinin, bölgənin demoqrafik durumunu dəyişmək üçün Anadoludan təxminən 120 min rum və erməni Qars torpaqlarına yerləşdirildi. Daha sonra milli – mənəvi dəyərlər, təhsil və hərb sahələrində bir sıra dəyişikliklər edildi. Kəndlərdə yalnız rus məktəbləri açılaraq uşaqların rus dilində təhsilə cəlb edilməsi bölgədəki türklər ailələrini çıxılmaz duruma saldı. Təhsildən yayınma ilə müşaiyət olunan bu qərar türk uşaqlarının təhsil hüququndan məhrum olunması ilə nəticələndi. Bunun ardınca dini bütövlüyü pozmaq üçün “Qurani-Kərim”dən başqa digər dini kitab və mətbu orqanlar qadağan edildi, sünni və şiələr üçün ayrı-ayrı müftiliklər yaradıldı. Hərbi sahədə edilən dəyişikliklərlə türklər yalnız bir rubl yarım paranın qarşılığında hərbi xidmətdən azad edilir, orduya isə yalnız erməni, rum və gürcü kişilər qəbul edilirdi. Bu düşünülmüş siyasətin məqsədi bütün həyatını at üstündə keçirən cəsur türklərin şəxsiyyətini alçaltmaq və onları hərbdən uzaqlaşdırmaq idi. Rusların bu assimilyasiya siyasəti qarşısında bölgə xalqının taleyi ilə barışmaqdan başqa çarəsi qalmırdı.

Ruslar bu ərazidə müstəqillik əldə etmək istəyən erməniləri təşkilatlandıraraq Qafqazdakı türklərə qarşı hərəkətə keçirdi

Çar Rusiyasının bu sərt siyasətinin hökm sürdüyü bir ərəfədə 1914-ci ildə Birinci Dünya Müharibəsi başladı. Müharibəyə girən Osmanlı dövləti ilk savaşını Qafqaz cəbhəsində ruslara qarşı başladı. Həsən İzzət Paşanın komandanlığındakı 3-cü türk ordusu bu savaşda mühüm uğurlar qazansa da, Ənvər Paşanın həyata keçirdiyi “Sarıqamış” hərəkatının məğlubiyyətlə nəticələnməsi Şərqi Anadolunun tamamilə itirilməsinə səbəb oldu. Ruslar bu ərazidə Birinci Dünya Müharibəsi dövründə müstəqillik əldə etmək istəyən erməniləri təşkilatlandıraraq Qafqazdakı türklərə qarşı hərəkətə keçirdi. Bu çətin dönəmdə yerli əhalinin bütün qüvvələri səfərbər edərək mücadiləyə qalxmasımdan başqa yolu qalmamışdı. 1917-ci il Bolşevik inqilabına qədər mücadilə edən türklər bu səbəbdən də “40 illik qara günlər” adlandırdıqları bu dövrdən xilas oldular. Çar Rusiyasında inqilabın başlanması və hakimiyyətə gələn bolşeviklərin sülh istəyi, 1917-ci il dekabrın 18-də Osmanlı dövləti ilə imzalanan “Ərzincan atəşkəsi”nə əsasən, rus ordusuna bölgədən çəkilmə əmri verildi. Daha sonra 1918-ci il martın 3-də “Brest-Litovsk müqaviləsi”ni imzalayan ruslar Ərdəhan, Kars və Batum daxil olmaqla, “93 hərbi”ndə işğal etdiyi bütün torpaqlardan əsgərlərini çıxarmağa başladı.

Mudros atəşkəsinə imza atmaq məcburiyyətində qalan Osmanlı dövləti müqavilənin müddəalarına görə əvvəlki sərhədlərinə geri çəkilməli və Qafqazı tamamilə boşaltmalı idi

Osmanlı dövləti rusların boşaltdığı tarixi torpaqlarının qaytarılması üçün diplomatik danışıqlara başlasa da, ciddi bir nəticə əldə bilmədikdə ordunu hərəkətə keçirərək 1918-ci il martım 25-də Oltunu, martın 28-də Artvini, aprelin 3-də Ərdəhanı, aprelin 14-də Batumu və aprelin 25-də Qarsı işğaldan azad etdi. 1918-ci il iyunun 18-də bütün dövlət təmsilçilərinin nəzarəti altında keçirilən səsvermədə əhalinin əksəriyyəti Osmanlı dövləti ilə yenidən birləşməyi seçdi. Beləliklə, 1918-ci il avqustun 15-də Padşah VI Mehmet Vahidəddin imzaladığı bəyannamə ilə bölgə rəsmi şəkildə tarixi torpaqlarına, vətəninə ilhaq edilmiş oldu. Ancaq bu bayram əhval-ruhiyyəsi, Çar Rusiyası üzərindəki zəfər uzun sürmədi. Birinci Dünya Müharibəsinin sona çatması ilə Mudros atəşkəsinə imza atmaq məcburiyyətində qalan Osmanlı dövləti müqavilənin müddəalarına görə müharibədən əvvəlki sərhədlərinə geri çəkilməli və Qafqazı tamamilə boşaltmalı idi. Müqavilə danışıqlarında belə bir maddənin olmamasına baxmayaraq, ingilislər bu maddəni sonradan əlavə etmişdilər. Sultan VI Mehmet Vahdeddin əvvəlcə bu maddəyə qarşı çıxsa da, Osmanlının düşdüyü siyasi və iqtisadi durum onu geri çəkilmək məcburiyyətində qoydu. Nəticə etibarilə Osmanlıya yenidən qatılan bölgə qısa zaman kəsiyində boşaldıldı. Azərbaycanı və Qafqazın şərqini boşaldan türk ordusu 1914-cü il dekabrın 4-də sərhədlərinə geri çəkildi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Ən son

TARİX

Azərbaycan Xalq Cümhuriyyəti Cənub-Qərb Qafqaz Cümhuriyyətini tanıdığını elan edərək hökumətə qarşı ediləcək hər hansı bir

TARİX

Azərbaycan Xalq Cümhuriyyəti Cənub-Qərb Qafqaz Cümhuriyyətini tanıdığını elan edərək hökumətə qarşı ediləcək hər hansı bir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin