Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/29/2026

Paylaşın

ƏDƏBİYYAT

“Booker Prize 2026”: ilin ən iddialı 13 romanı müəyyənləşdi

WhatsApp Image 2026-07-29 at 09.54.51

“Booker Prize 2026” ədəbi mükafatının uzun siyahısı açıqlanıb.
Bakı-baku.az xəbər verir ki, siyahıya ingilis dilində qələmə alınmış və 1 oktyabr 2025-ci il – 30 sentyabr 2026-cı il tarixləri arasında Böyük Britaniya və İrlandiyada nəşr olunmuş 13 roman daxil edilib.

“Booker Prize”ın təşkilatçıları tərəfindən açıqlanan siyahıda mükafatın əvvəlki laureatlarından iki nəfər də yer alıb. Bunlar Duqlas Stüartın “Conun oğlu Con” və Marlon Ceymsin “Yoxa çıxanlar” romanlarıdır.

Uzun siyahıda yer alan digər əsərlər bunlardır: Elizabet Strautun “Heç vaxt demədiklərimiz”, Xloya Aridxisin “Obyektin kölgəsi”, Emma Klaynın “İsveçrə”, M. Con Harrisonun “Hər şeyin sonu”, Makenna Qudmanın “Heç yerdən olmayan Yelena”, Lük Kennardın “Qara çanta”, Kenan Orhanın “Yenidənqurma”, Rebekka Perrinin “Biz kralı yedirdə bilərikmi?”, Qvendolin Raylinin “Palma evi”, Camel Uaytın “Bütün o itlər” və Missuri Uilyamsın “Vivisektorlar” romanları.

Bu il mükafata ümumilikdə 163 müəllif müraciət edib. Müsabiqənin qısa siyahısı sentyabrın 22-də açıqlanacaq. Qalibin adı isə noyabrın 9-da Londonda keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

“Booker Prize 2026″nın qalibi 50 min funt sterlinq (təxminən 66,5 min ABŞ dolları) məbləğində pul mükafatı qazanacaq.

Qeyd edək ki, builki münsiflər heyətinə filoloq və yazıçı Mari Börd sədrlik edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Abidələr çoxdan ənənəvi postament üzərində ucaldılmış bürünc heykəl anlayışını geridə qoyub

Ən son

ƏDƏBİYYAT

Bakı-baku.az xəbər verir ki, siyahıya ingilis dilində qələmə alınmış və 1 oktyabr 2025-ci il –

ƏDƏBİYYAT

Bakı-baku.az xəbər verir ki, siyahıya ingilis dilində qələmə alınmış və 1 oktyabr 2025-ci il –
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin