Nəşr edilmişdir 01/14/2025

Paylaşın

GÜNDƏM

Bir neçə istiqamətdən Bakıya gələn təyyarələr Gəncə aeroportuna eniş edib

Təyyarələr

Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.
Baki-baku.az AZAL-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.
Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Fətəli xan Xoyski küçəsindəki zolaqların silinərək yenidən çəkilməsi və 3 hərəkət zolağının 4 hərəkət zolağı ilə əvəzlənməsi

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində iyunun 1-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.