Binəqədi rayonunda Novxanı-Görədil yolunda ərazi zibillikdən təmizlənib.
Baki-baku.az xəbər verir ki, ərazinin zibillənməsi ilə bağlı sakinlər tərəfindən müraciətlər olunub.
Məsələ ilə əlaqədar aidiyyəti quruma müraciətdən sonra Binəqədi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları dərhal əraziyə yollanıb.
Sözügedən əraziyə baxış keçirilib, tullantılar dərhal götürülüb, zibillənmiş sahə təmizlənib.
Qeyd edək ki, həmin ərazidə zibil atılmasının qadağan olması ilə bağlı lövhənin yerləşdirilməsinə baxmayaraq bəzi şəxslər buna məhəl qoymur və tullantı qablarına atmağa tənbəllik edərək sahəni çirkləndirirlər.