Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2026

Paylaşın

GÜNDƏM

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Heyvan bazarı, Binə qəsəbəsi

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb.

Baki-baku.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə tamamilə yenidən inşa olunmuş yeni heyvan bazarıdır.

Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb.

Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub.

Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb.

Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub.

Ən son

GÜNDƏM

4 oktyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim

GÜNDƏM

4 oktyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin