Nəşr edilmişdir 12/23/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Binəqədidə “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU” kitabının təqdimatı olub

Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU ” adlı kitabın təqdimatı keçirilib.
Baki-baku.az xəbər verir ki, təqdimatda Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video-filmə tamaşa ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd edib ki, BŞİH və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU” adlı kitab oxucular üçün Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyidir: “Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş birinci nəşrdən sonra kitabın ikinci nəşri işğaldan azad edlmiş ərazilərimizdə bərpa və quruculuq fəaliyyətinə, Böyük Qayıdış Proqramının təşkilinə həsr edilib. Bütün bu hadisələrin mərkəzində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan Ordusunun gücü və qüdrəti dayanır”.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, kitabda Prezident İlham Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlətimizin başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən, milli maraqları qətiyyətlə təmin edən uğurlu xarici siyasətdən, ölkəmiz üçün yeni tarixi dövrün başlanmasından bəhs edilir.
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mönsümova diqqətə çatdırıb ki, kitabda Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas istiqamətlərinə toxunulur, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir: “Kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Bu da tarixdə Şəxsiyyət Faktoru amilini bir daha sübuta yetirir. Nəşrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən Lider kimi rolundan bəhs olunur”.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov qeyd edib ki, Qarabağda əldə edilən Qələbənin tarixi mahiyyəti onu müstəqilliyin qazanılmasının strateji əhəmiyyəti ilə bir sıraya yüksəldib.
Onun sözlərinə görə, dövlətimizin və xalqımızın müqəddəratını təmin edən bu iki əsas amil – müstəqillik və Zəfər biri-birini tamamlayır, möhkəmləndirir və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi dövrə qədəm qoyarkən, Azərbaycanın yeni inkişaf hədəf doktrinasının etibarlı bünövrəsini təşkil edir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli isə vurğulayıb ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasəti, polad iradəsi sayəsində öz ərazi bütövlüyünü bərpa edib, əzəli torpaqlarını geri qaytarıb. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər olub.
Tədbirin bədii hissəsi Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin uşaq xorunun, Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında musiqi və bədii qiraət nümunələri ilə davam edib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq

Ən son

ƏSAS XƏBƏRLƏR

Cari ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi”

GÜNDƏM, SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Artıq xeyli müddətdir ki, Bakıda küçələrin, parkların, yolların təmizlənməsi istiqamətində işlər görülür, mütəmadi olaraq iməcliklər

ƏSAS XƏBƏRLƏR, SİYASƏT

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri