Apple şirkətinin tarixi əfsanəvi göy qurşağı rəngli və ya bu günkü minimalist “dişlənmiş” alma loqosu ilə başlamamışdı.
Şirkətin ilk loqosu əsl qrafik sənət əsəri idi: mərkəzdə ser İsaak Nyuton oturmuşdu — o, alma ağacının altında düşüncəli şəkildə kitab oxuyurdu və həmin ağacdan az sonra qədərini dəyişəcək bir alma düşmək üzrə idi.
Baki-baku.az portalının yazdığına görə, bu mürəkkəb oyma illüstrasiya Apple I kompüterlərinin korpuslarında yox, sadəcə istifadə təlimatlarının üzərində yer almışdı. Bu təsadüfi deyildi, çünki ümumi kompozisiya həddindən artıq detallarla yüklü idi. Elə buna görə də cəmi bir il sonra bu loqo daha sadə, asan tanınan və texnologiya tarixinin ən məşhur simvollarından birinə çevriləcək yeni loqo ilə əvəz olundu.
Bu gün təsəvvür etmək çətindir ki, Apple bir zamanlar dişlənmiş meyvə ilə yox, fizik və fəlsəfə klassiki ilə assosiasiya olunurdu. Amma IT dünyasının ən böyük vizual əfsanələrindən biri məhz Nyutonla başladı.
Hacı Cavadov