Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/18/2026

Paylaşın

GÜNDƏM

Bəzi ərazilərdə işıq olmayacaq

IMG-20260618-WA0000

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

“İyunun 18-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Çuxursəd, Zaur Kərimov, Vasif Əliyev, Məmmədşərif Həmidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Xəlil Rza Ulutürk küçəsinin bəzi hissələrini əhatə edəcək. Həmçinin Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq BMTZ yarımstansiyasında yenidənqurma işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan saat 13:00-dək Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə, İlqar Məmmədov, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Təmir-təftiş və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal və Səbail rayonlarında, eləcə də Abşeron rayonunun bəzi ərazilərində oktyabrın 30-da təmir işləri ilə əlaqədar elektrik

Ən son

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.

İQTİSADİYYAT

“PAŞA Kapital” İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin