Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

İdman

Belçikalı hakim dördüncü dəfə “Qarabağ”ın oyununu idarə edəcək

Erik Lambrexts, Qarabağ FK, Benfika

Belçikalı FIFA referisi Erik Lambrexts dördüncü dəfə “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.

Baki-baku.az-ın məlumatına görə, 41 yaşlı hakim daha əvvəl Azərbaycan çempionunun üç matçını idarə edib.

Belçikalı ədalət təmsilçisi “köhlən atlar”ın 2021-ci ildə Bakıda İsveçrə təmsilçisi “Bazel”lə qolsuz bərabərə qaldığı UEFA Konfrans Liqası qarşılaşmasında iş başında olub. O, 2022-ci ildə komandanın Almaniyada “Frayburq”a uduzduğu (1:2) və 2023-cü ildə Norveçdə “Molde” ilə heç-heçə (2:2) etdiyi UEFA Avropa Liqası oyunlarına da təyinat alıb.

Lambrexts “Neftçi”nin 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya uduzduğu (0:1) görüşü də idarə edib.

Baş hakim 2021-ci ildə Azərbaycanın əsas millisinin səfərdə Serbiyaya məğlub olduğu (1:3), 2018-ci ildə U-19 yığmasının İsrailə yenildiyi (1:3) və bu komandanın həmin il Lixtenşteynə qalib gəldiyi (3:0) matçlarda da iş başında olub.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir, məhz günahkarlıq və məsuliyyət arasındakı çaşqınlıq, böyüklərdə daxili yanma və narahatlığın ən çox rast gəlinən səbəblərindən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin