Nəşr edilmişdir 02/17/2025

Paylaşın

GÜNDƏM

BDYPİ sürücülərə xəbərdarlıq edib

“Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə səbəb ola bilər”.

Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir:

“İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qışın əsl gözəlliyi qarın yağmasındadır. Qar yağarkən şəhər də sanki gözəlləşir.

Ən son

GÜNDƏM

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif

GÜNDƏM

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif