Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

BDU tələbələri arasında məqalə müsabiqəsi: Professor Nəsir İmanquliyev dərsləri

Professor Nəsir İmanquliyev dərsləri, Nəsir İmanquliyev, Bakı Dövlət Universiteti, BDU

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ikinci mərhələsi üzrə BDU tələbələri arasında məqalə müsabiqəsi elan edilir.

BDU-dan Baki-baku.az-a bildirilib ki, üç mərhələdən ibarət olan layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliğidir.

Müsabiqəyə mayın 21-dən sentyabrın 21-dək “İnformator.az” saytında yayımlanan məqalələr buraxılacaq. Yazılar Azərbaycan və rus dillərində təqdim oluna bilər. Məqalələrin info@informator.az ünvanına göndərilməsi xahiş olunur. Hər müəllif müsabiqəyə yalnız 1 yazı təqdim edə bilər.

Tələbələr yazıları “Professor Nəsir İmanquliyev dərsləri – məqalə müsabiqəsi” başlığı ilə təqdim etməlidir.

Müsabiqəyə qəbul edilən materiallardan 3 ən uğurlu iş Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblər pul mükafatı ilə təltif ediləcəklər.

Qiymətləndirmə zamanı mövzunun dolğun əhatə olunması, ifadə vasitələrinin zənginliyi və mövzuya fərqli, maraqlı yanaşma əsas meyarlar kimi nəzərə alınacaq.

"Professor Nəsir İmanquliyev dərsləri", Nəsir İmanquliyev, Bakı Dövlət Universiteti, BDU

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Ən son

HƏR ŞEYDƏN

Məhz buna bədən dili deyilir. Psixoloqların fikrincə, insanlar haqqında ilk təəssüratın formalaşmasında bədən dilinin rolu

HƏR ŞEYDƏN

Məhz buna bədən dili deyilir. Psixoloqların fikrincə, insanlar haqqında ilk təəssüratın formalaşmasında bədən dilinin rolu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin