Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

Bayram günlərində Azərbaycan banklarının iş qrafiki necə olacaq?

Dekabrın 30-dan yanvarın 5-dək qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir
Bayram günlərində Azərbaycanda səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 13 bankın 97 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 2-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, Dünya azərbaycanlılarının həmrəyliyi günü – dekabrın 31-i, Yeni il bayramı – 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl – 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.

Ən son

GÜNDƏM

Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.