Nəşr edilmişdir 09/29/2024

Paylaşın

XƏBƏRLƏR

Baş Prokurorluq və UNODC COP29 zamanı yüksək səviyyəli plenar iclas təşkil edəcək

Azərbaycan prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.

“BakıBaku” “Report“-a istinadən xəbər verir ki, bunu Azərbaycan baş prokuroru Kamran Əliyev Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı – Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İllik Konfransı və Ümumi Yığıncağında çıxışı zamanı deyib.

O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi tarixi əhəmiyyətlidir.

K.Əliyev söyləyib ki, tədbirin Azərbaycanda keçirilməsi böyük hörmət və etimadın, eləcə də Azərbaycanın milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Həmçinin, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil olunacağı qeyd edilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

GÜNDƏM

Ümumdünya Səhiyyə Təşkilatının və klassik dietologiyanın tövsiyələrinə əsasən, gün ərzində üç dəfə qidalanma (səhər yeməyi,

DİGƏR XƏBƏRLƏR

Bakıda 57 sayda marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir, 15 marşrut xəttinin fəaliyyəti dayandırılır. Baki-baku.az

DİGƏR XƏBƏRLƏR

“Hazırda Azərbaycanda mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur. Bu amillər də