Banqladeş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) şəhər planlaşdırması sahəsində itkin düşmüş və həssas uşaqların hüquqlarını nəzərə alacaq qərarları təşviq etməyə çağırıb.
Baki-baku.az xəbər verir ki, bu bəyanatla Banqladeş nümayəndəsi Vicay Çaudhari WUF13-ün Uşaq və Gənclər Assambleyasının açılışında çıxış edib.
Onun sözlərinə görə, uşaq üçün təhlükəsiz ev sadəcə yaşayış yeri deyil, sağlamlıq, təhsil və layiqli həyatın əsasıdır:
“Təhlükəsiz və yaşayış üçün yararlı ev olmadan uşaq sağlam qala bilməz. Başının üzərində dam olmadan o, əsas hüquqlara – təmiz su, gigiyena və sanitariyaya çıxış əldə edə bilməyəcək”.
V.Çaudhari vurğulayıb ki, iqlim baxımından həssas icmalardan olan uşaqlar hər gün iqlim dəyişikliyinin fəsadları ilə üzləşirlər: “Daşqınlar zamanı və s. məhz uşaqlar öz hüquqlarını ilk itirənlər olurlar”.
Banqladeşli nümayəndə qeyd edib ki, uşaqlar və gənclər şəhər inkişafı sahəsində qərar qəbuletmə prosesinin tamhüquqlu iştirakçıları olmalıdırlar: “Görüşlərə yalnız formal iştirak xatirinə dəvət edilməyimizi istəmirik. İstəyirik ki, şəhərlərin, sistemlərin və siyasətin hazırlanması zamanı bizim fikirlərimiz ciddiyə alınsın”.
Onun sözlərinə görə, Assambleya iştirakçıları WUF13-ün uşaqlar və gənclərin real hərəkətləri üçün başlanğıc nöqtəsi olacağını gözləyirlər.
V.Çaudhari, həmçinin, xüsusilə inkişaf etməkdə olan ölkələrdə gənclərin təşəbbüslərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb: “Banqladeşdən və ya dünyanın istənilən ölkəsindən olmağımız fərq etmir – biz sadəcə bizə yaşayış yeri verən deyil, həm də bizi dəstəkləyən şəhərlərə layiqik”.