Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/05/2025

Paylaşın

GÜNDƏM

“Balakhanı Operating Company” şirkəti cərimələnib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) su obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində “Balakhanı Operating Company” LTD şirkətinin fəaliyyətində pozuntular aşkar edib.
SİMDNX-dan Baki-baku.az-a verilən məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat gölündə adıçəkilən şirkət tərəfindən bərk və qarışıq süxurlar daşınaraq gölün doldurulması həyata keçirilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Sabunçu rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, “Balakhanı Operating Company” LTD şirkəti təqsirli bilinərək barəsində 7 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Paytaxtın Yasamal rayonu ərazisində qaz olmayacaq.

Ən son

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun

İdman

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin