Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

GÜNDƏM

Bakıya “Formula 1” üçün gələn turistlər üzrə dövriyyə 85 % artıb

"Formula 1" üçün gələn turistlər, "Formula 1", Turist

2024-cü ildə “Formula 1” yarışları zamanı Azərbaycana gələn turistlərin həyata keçirdiyi dövriyyə 2023-cü illə müqayisədə 85 % artıb.

Baki-baku.az xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov şirkətinin beynəlxalq idman tədbirlərinin ölkə iqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə “Mastercard” fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artımda turistlərin alış-verişləri böyük rol oynayıb: “Belə ki, gələn turist sayı 87 %, onların həyata keçirdiyi dövriyyə 85 %, əməliyyat sayı isə 77 % artıb”.

E.Zeynalov qeyd edib ki, grand-pri zamanı otel xərcləmələri isə 127 % artıb: “Restoran xərcləri isə 141 % artıb. Ölkələr üzrə kateqoriyalara baxsaq, Türkiyədən gələn turistlərin otel xərcləri 3 dəfə, Böyük Britaniyandan gələn turistlərin restoran xərcləri isə 4 dəfə artıb. Əlbəttə bu ,iqtisadi bir fürsətdir. Bu cür idman tədbirləri sadəcə tədbir deyil, ölkə üçün böyük iqtisadi fürsətdir və rəqəmsallaşma imkanı yaradır”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Müasir həyatın sürəti insanları tez hazırlanan yeməklərə, “fast-food”a daha çox yönəldir

Ən son

GÜNDƏM

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər

GÜNDƏM

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin