Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2025

Paylaşın

GÜNDƏM

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Binəqədi və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “I Zabrat” qazpaylayıcı stnasiyasında (QPS) tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə sentyabrın 3-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email