Nəşr edilmişdir 04/18/2025

Paylaşın

GÜNDƏM

Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F. Rüstəmov, Koroğlu, Ü.Hacıbəyov, Z.Mehdiyev, F.Qayıbov, C.Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü