Nəşr edilmişdir 03/17/2025

Paylaşın

GÜNDƏM

Bakının Nərimanov rayonunda hərbi sursatlar aşkarlanıb

WhatsApp Image 2025-03-17 at 17.22.05_a3b14c05

Bakının Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatlar aşkar edilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7×62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.
Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nepalda səfərdədir.

Ən son

GÜNDƏM

Aprelin 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Aprelin 28-nə gözlənilən hava şəraiti açıqlanıb.