Nəşr edilmişdir 12/08/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakının küçələrini tanıyaq

Bakının küçələri

İlk qurulanda Nikolayevski, Sovet höküməti illərində Kommunistiçeskaya küçəsi və nəhayət müstəqillik əldə etdikdən sonra İstiqlalliyyət küçəsi barəsində nə bilirik?

Bakının mərkəzində yerləşən tarixi küçə şəhərin magistral yolunun böyük hissəsini əhatə edir. Küçə XIX əsrin sonlarında şəhər genişlənməsi nəticəsində salınıb. Müstəqillik əldə olunandan sonra mənası “azadlıq” olan İstiqlaliyyət adlanıb. Küçə boyu salınan evlər, əsasən klassik üslubda inşa olunsa da, burada həmçinin barokko və neoatika tərzinə də rast gəlmək olar. Qeyd edək ki, İstiqlaliyyət küçəsi Bakı Şəhər Halqasına daxildir.

İstiqlaliyyət küçəsindəki tarixi binalar

Azərbaycan Dövlət Akademik Filarmoniyası – Bakının ən qədim saray kompleksidir. 1910-cu ildə yanaraq məhv olan və o vaxtlar “Ağ klub” adlanan binanın ərazisində tikilib. Memarı mülki mühəndis Qavriil Ter-Mikelov layihəni Monte Karloda yerləşən filarmoniya əsasında hazırlayıb. 1996-2004-cü illərdə Filarmoniya binasının əsaslı təmir və bərpa işləri görülüb və təntənəli açılışında Prezident İlham Əliyev iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin binası – İnşa edildiyi gündən şəhərin ictimai, siyasi həyatı ilə bağlı tarixi qərarların alındığı binadır. Barokko üslubunda inşa edilən binanın layihə müəllifi İosif Qoslavskidir. Ehtimal edilir ki, memar layihənin hazırlanmasında Parisdə yerli icra orqanlarının yerləşdiyi Hotel-de-Vil layihəsindən ilhamlanıb.

Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbi – Məktəb görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılıb. Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbidir. Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu və Hüseyn Cavidin ev muzeyi bu binada yerləşir. Binanın quruluşu at nalı şəklindədir.

İsmailiyyə Sarayı – Sarayın təməli 1907-ci ildə neft milyonçusu Musa Nağıyev tərəfindən qoyulub. Binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Saray ilkin dövrlərdə Müsəlman Xeyriyyə Cəmiyyəti olub. Hal-hazırda isə bura AMEA Rəyasət Heyətinin Binası kimi fəaliyyət göstərir. Binanın memarı İ.K.Ploşko sarayı qotik üslubda inşa edib.

Parklar

Filarmoniya bağı (Qubernator bağı) – İçərişəhərin qala divarına bitişik salınıb və uzun müddət Bakının yeganə parkı olub. Sahəsi 4,6 hektar olan bu bağ əvvəlcə Qubernator, sonra Mixaylov bağı adlanıb. 1830-cu ildə salınan bu parka o vaxtdan digərlərindən daha çox diqqət və vəsait ayrılıb. Çünki bağdakı sıx yaşıllıq Şəhər Dumasının fəxri idi. Bağ salınandan sonrakı dövrdə ilk dəfə burda abadlıq işləri ötən əsrin 70-ci illərində aparılıb. Uzun inkişaf mərhələsi keçən bağ bir çox dövrlərdə baxımsızlıqdan ziyan çəkib. 2007-ci ilin mayında əraziyə gələn Prezident İlham Əliyev burda abadlıq və yenidənqurma işlərinin aparılması ilə bağlı tapşırıqlarını verib. Aparılan işlər nəticəsində bağdakı fəvvarə, pavilyon və köşklər yenidən qurulub. 

Sabir bağı – 1922-ci ildə memar Ələsgərovun layihəsi əsasında “Kaspiy” tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi Bakıda yerləşəcək.Baki-Baku.az xəbər verir ki, bununla bağlı məsələ “İqtisadi əməkdaşlıq Təşkilatının

Ən son

GÜNDƏM

1999-cu ilə Bakı yollarına aid fotolarda o dövrün nəqliyyat sektorundakı çətinlikləri aydın şəkildə görmək olar.

GÜNDƏM

Ulu varlığın ağlı ünsiyyət tələb edir. Buna görə də o, daha kamil olanlar üçün daha

ETNOQRAFIYA, ƏSAS XƏBƏRLƏR

Dünyada müxtəlif xalqlar yaşayır və onların hər birinin vətəni var. Amma qaraçılar adlanan bir xalq