Nəşr edilmişdir 12/11/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakının bəzi ərazilərində qaz olmayacaq

IMG-20241211-WA0034

Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və “Tərtər” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Baki-baku.az bu barədə “Azəriqaz” İB-ə istinadən xəbər verir.
Məlumata görə, qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır.

Ən son

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən

TARİXİMİZ

Tarixlə müasirlik arasında körpü olan, Bakını mərkəzi rayonlarından biri sayılan, adını qədim Yasamal dərəsindən