Nəşr edilmişdir 01/10/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bakının Aynası

“Bakı” qəzeti ilk dəfə 10 yanvar 1958-ci ildə nəşr olunub

1958-ci il yanvarın 10-da Bakı şəhərinin mətbuu orqanı kimi fəaliyyətə başlayan “Bakı” qəzeti 35 min tirajla hər gün saat 5-də oxucularının görüşünə gəldi. Şəhər həyatının bütün sferalarını, elmi-mədəni, ictimai-siyasi, iqtisadi-sosial yeniliklərlə ölkənin informasiya bazasına çevrilən “Bakı”nı tirajı 150-200 min olan “Kommunist” və “Vışka” qəzetlərindən fərqləndirən ən ciddi xüsusiyyətlərindən biri onun əsasən xəbər və informasiya janrına üstünlük verməsi ilə bağlı idi. Ölkənin nüfuzlu elm, mədəniyyət xadimlərinin, yazıçı və şairlərin yazılarının, məqalə və əsərlərinin “Ardı var” sonluğu ilə işıq üzü görməsi isə onu oxucuların sevimli mətbuu orqanına çevirdi. 1963-cü il iyunun 1-dən həm də, rus dilində nəşr olunmağa başlayan “Bakı” qəzeti idman və reklam əlavələri ilə mətbuat tarixində bir ilkə imza atdı.

Görkəmli jurnalist, pedaqoq və ictimai xadim, professor Nəsir İmanquliyevin təməlini qoyub, peşəkar kollektivini formalaşdırıb 30 il rəhbərlik etdiyi qəzetlərə 1985-ci ildən sonra qəzetin məsul katibi kimi ağır yükünü on illərlə üzərinə alan peşəkar jurnalist Şamil Şahməmmədov, ondan sonra “Bakı” məktəbinin yetirməsi, əməkdar jurnalist Dağbəyi İsmayılov, ondan 30 il sonra isə əməkdar jurnalist Ağahüseyn Hüseynov rəhbərlik etmişdir.

Dövrün tələbinə uyğun olaraq 2020-ci ildən onlayn rejimdə Şərəf Cəlillinin redaktorluğu ilə fəaliyyət göstərən “Bakı” qəzeti bu gün Dəniz Məmmədlinin rəhbərliyi ilə ölkənin media və kommunikasiya sistemində öz yerini tutmaqda, cəmiyyətin informasiya təminatına töhfələr verməkdədir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Bir sıra marşrutlarda avtobusların yenilənməsi həyata keçirilib”.Baki-baku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu AYNA-nın İdarə Heyətinin sədri Anar

Ən son

GÜNDƏM

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha beş sosial

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

Bir nəfərdə o vaxt təpər tapılmadı ki, soruşsun: balam, əhalisi əksəriyyət təşkil edən xalqın ana

ƏSAS XƏBƏRLƏR, GÜNDƏM

“Bakı” qəzeti ilk dəfə 10 yanvar 1958-ci ildə nəşr olunub 1958-ci il yanvarın 10-da Bakı