Nəşr edilmişdir 10/01/2024

Paylaşın

GÜNDƏM

Bakıda yeni mikromobillik zolağı istifadəyə verilib

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edib.

Bu barədə “APA-Economics”ə AYNA-dan bildirilib.

Görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb.

Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1160-dən çox təhlükəsizlik səddi çəkilib.

Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ən son

GÜNDƏM

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji

GÜNDƏM

Bu gün hər evin baş küncündə öz yerini tutan televizor bir zamanlar elə bir texnoloji