Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/29/2026

Paylaşın

GÜNDƏM

Bakıda yaşıllıq ərazilərdə Ağ Amerika kəpənəyinə qarşı dərmanlama işləri aparılır

Ağ Amerika kəpənəyinə qarşı dərmanlama, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, YTB

Bakının bəzi ərazilərində, ağaclarda qurdların kütləvi şəkildə müşahidə olunması ilə bağlı mübarizə tədbirləri aparılır.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar mütəxəssislər qurdların müşahidə edildiyi ərazilərə baxış keçiriblər. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, ağaclarda müşahidə edilən qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Bununla əlaqədar xüsusi tədbirlər planı hazırlanıb. Hazırda ərazilərdə gündəlik monitorinqlər aparılır, tırtılların aşkar edildiyi yerlərdə isə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Qurumdan vurğulanıb ki, sözügedən tırtıllar insanların sağlamlığı üçün təhlükə yaratmır. Buna baxmayaraq, yaşıllıqlara vurduğu ziyanın qarşısının alınması məqsədilə monitorinq və mübarizə tədbirləri davam etdirilir.

Mütəxəssislərin məlumatına görə, insan üçün heç bir zərəri olmasa da Ağ Amerika kəpənəyi 120-dən çox bitki növünə zərər verə bilir. Zərərverici tut ağacları ilə yanaşı, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və digər bitkilərlə də qidalanır. Abşeron yarımadasında aparılmış tədqiqatlar zamanı isə bu həşəratın 30 bitki növü ilə qidalandığı müəyyən edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihələrin təqdimat mərasimləri keçirilib.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın

GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin