Nəşr edilmişdir 01/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda yağış yağacaq, güclü külək əsəcək

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Baki-Baku.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü