Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/05/2025

Paylaşın

GÜNDƏM

Bakıda velosipedlər sağlamlıq üçün istifadədən nəqliyyat vasitəsi kimi istifadəyə niyə keçə bilmir? – ARAŞDIRMA

Bakıda velosipedlər, Velosiped

Bakıda şəhər nəqliyyatının ekoloji və sağlam həyat tərzini təşviq edən bir vasitəsi kimi velosipedlərin istifadəsi son illər artır. Bunun üçün ayrıca zolaqlar təşkil edilir, paytaxtın müəyyən ərazilərində velosipedlərin saxlanması üçün xüsusi parkinq yerləri yaradılır. Lakin bu yerlərin sayının azlığı müəyyən çətinliklərə yol açır. Belə ki, zolaq olduğu halda velosipeddən istifadə edən şəxs gedəcəyi ünvanda bu nəqliyyat vasitəsini saxlamağa yer tapmır. Nəticədə ya səkilər zəbt olunur, ya da velosipeddən imtina ilə nəticələnir.

Velosiped istifadəçiləri bunun çıxış yolunu avtomobillərin parkinq ərazilərində saxlamaq kimi görürlər. Ancaq həmin ərazilərin velosiped üçün nəzərdə tutulması, yaxud ödənişin tələb olunması onları bu addımdan çəkindirir.

Bəs dünya praktikasında bu necədir? Qeyd edək ki, Amsterdam, Berlin və Paris kimi şəhərlərdə avtomobil parkinqlərinin müəyyən sahələri velosiped sahəsi kimi istifadə olunur, bu isə gündəlik hərəkətdə avtomobildən velosipede keçidi asanlaşdırır. Bakıda da velosipedlərin ödənişsiz saxlanması imkanının genişləndirilməsi şəhərdə avtomobil sıxlığını azaltmağa, hava çirkliliyini minimuma endirməyə və həmçinin sakinləri velosipeddən istifadəyə təşviq etməyə xidmət edər.

Bu addım gənc nəsilin daha sağlam və ekoloji təmiz həyat tərzinə yönəlməsinə dəstək verə bilər. Avtomobillə müqayisədə velosipedlərin həcminin çox kiçik olması onların parklanmasının olduqca az sahəni əhatə edəcəyini deməyə əsas verir. Bu səbəbdən avtomobillərin parkinq ərazilərində ödənişsiz saxlanma əlavə çətinlik yaratmayacaq.

Nəticə olaraq, Bakıda velosiped parklarının mövcudluğu hələlik məhdud olsa da, ödənişsiz saxlanma imkanının faydalı olacağı aydın görünür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə İslam Səfərli küçəsi avtomobillərin hərəkəti üçün tamam bağlanacaq.

Ən son

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную

Спорт

После сенсационной победы над трехкратным чемпионом континента — Францией (21:16), команда одержала еще одну уверенную
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin