Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/12/2026

Paylaşın

Mədəniyyət

Bakıda türk mədəniyyətinin gələcəyinə dair fikir mübadiləsi aparılıb

Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi cənab Gürsel İsmayılzadə ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, görüş zamanı Fond tərəfindən həyata keçirilən beynəlxalq layihələr, türk xalqlarının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlər, eləcə də təşkilatın yaxın perspektiv üçün müəyyən etdiyi prioritet fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Professor Aktotı Raimkulova Fondun üzv və müşahidəçi ölkələrində, habelə digər dövlətlərdə qədim türk tarixi-mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri və həyata keçirilən layihələr barədə məlumat verib.

Cənab Gürsel İsmayılzadə Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın türk dövlətləri arasında mədəni-humanitar əlaqələrin inkişafına, eləcə də türk dünyasının beynəlxalq platformalarda daha geniş tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ağdamda Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirilib.

Ən son

GÜNDƏM

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif

GÜNDƏM

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin