Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2025

Paylaşın

GÜNDƏM

Bakıda tarixi abidədən qanunsuz istifadənin qarşısı alınıb

Tarixi abidədən qanunsuz istifadə, Tarixi abidə, Yasamal rayonu

Bakıda tarix-mədəniyyət abidələrinə keçirilən baxış zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş (inventar nömrəsi 3574) hamamın qanunsuz istifadə edildiyi müəyyən olunub.

Bu barədə Baki-baku.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi aşkar edilib.

“Qanunvericiliyə uyğun olaraq, tarix və mədəniyyət abidələrinin elmi, mədəni, dini, xidməti və turizm məqsədləri üçün istifadəsi, onların icarəyə verilməsi və yerli əhəmiyyətli memarlıq abidələrinin özəlləşdirilməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin razılığı ilə həyata keçirilməlidir. Sözügedən qeyri-yaşayış sahəsinin istifadəsi, o cümlədən icarəyə verilməsi aidiyyəti üzrə razılaşdırılmadan aparıldığı müəyyən edilib”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı 01.01.2021-ci il tarixli, 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən, müqaviləyə 07.06.2023-cü il tarixindən xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə halları davam etdirilib.

Dövlət Xidməti tərəfindən görülən tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda və Abşeron yarımadasında avqustun 12-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ən son

HƏR ŞEYDƏN

Təbiətdə nadir hallarda rast gəlinən dörd yarpaqlı yonca əsrlər boyu uğur, xoşbəxtlik və müsbət enerji

HƏR ŞEYDƏN

Təbiətdə nadir hallarda rast gəlinən dörd yarpaqlı yonca əsrlər boyu uğur, xoşbəxtlik və müsbət enerji
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin