Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

İdman

Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib

“SPLASH for Swimmable Cities”, WUF13

Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – “Dünyanın İdman Paytaxtı” və “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə “SPLASH for Swimmable Cities” tədbiri keçirilib.

Gənclər və İdman Nazirliyindən Baki-baku.az-a verilən məlumata görə, “Sea Breeze Resort” ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk “dəmir adamı” (Ironman) Firdovsi Kərimov çıxış ediblər, üzgüçülüyün sağlam həyat tərzində rolunu vurğulayıblar.

Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin