Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə bayram namazı qılınıb.
Baki-baku.az xəbər verir ki, Bakının Əjdərbəy məscidindəki bayram namazı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.
Mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər. Onlar dualar oxuyub, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıb, Allahdan rəhmət diləyiblər.
Eyni zamanda, xalqımıza əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq arzulayıblar.
Qeyd edək ki, Təzəpir məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb. Martın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.