Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/18/2025

Paylaşın

GÜNDƏM

Bakıda qumbara və partladıcılar tapılıb

IMG-20250118-WA0015

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb.

Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı, 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd 23 mm-lik yivli zenit top mərmisi və 18 ədəd 762×54 mm-lik SVD kiçik çaplı mərmi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Ən son

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin