Nəşr edilmişdir 10/16/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda qazanxanada partlayış olub

Yanğın və Partlayış

Fövqəladə Hallar Nazirliyinin (FHN)”112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Baki-baku.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.
Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Türkiyə Radio və Televiziya Qurumu” arasında imzalanan memoranduma əsasən

Ən son

GÜNDƏM

Sevgi həyatın ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə sevginin müxtəlif ifadə tərzləri, sevgi sözləri var.

GÜNDƏM

Sevgi həyatın ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə sevginin müxtəlif ifadə tərzləri, sevgi sözləri var.