Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/24/2025

Paylaşın

GÜNDƏM

Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Ağacəkmə aksiyası

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

Baki-baku.az xəbər verir ki, aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğunağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Güləş haqqında ilk məlumatlara dövrümüzdən 5 min ildən yuxarı zamanda şumerlərdə rast gəlinir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin