Nəşr edilmişdir 02/28/2025

Paylaşın

GÜNDƏM

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən martın 1-2-də növbəti dəfə “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Baki-baku.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. AQTA-nın Səyyar Qida Laboratoriyası yarmarkanın yanında fəaliyyət göstərəcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.

Ən son

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü

GÜNDƏM

Bu gün Rəsul Rzanın ev-muzeyində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 112-ci il dönümü