Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Bakıda mobil internetin sürəti illik müqayisədə 26 %-dən çox artıb

Mobil internet, Ookla, Speedtest Global Index

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” aprel ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) Baki-baku.az-a verilən məlumata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,57 Mb/s, mobil internetin median sürəti isə 94,64 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,41 Mb/s (18,68 %), mobil internetin sürəti isə 20,51 Mb/s (27,67 %) artıb.

Paytaxtların müqayisəsinə gəlincə, apreldə Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 91,71 Mb/s, mobil internetin median sürəti isə 114,26 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 14,96 Mb/s (19,49 %), mobil internetin sürəti isə 23,63 Mb/s (26,07 %) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq.

Ən son

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd

HƏR ŞEYDƏN

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin