Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/16/2026

Paylaşın

GÜNDƏM

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti keçirilib

Milli Qurtuluş Günü

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti təşkil olunub.

Baki-baku.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat qülləsinin qarşısında keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edilib.

Konsert proqramında Xalq artistləri Aygün Bayramova, Bilal Əliyev, Faiq Ağayev, İlqar Muradov, Niyaməddin Musayev, Samir Cəfərov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xəyyam Mustafazadə, Lalə Məmmədova, Manana Caparidze, Ramil Qasımov, Sevda Ələkbərzadə, tanınmış və sevilən müğənnilər Amil Həsənoğlu, Dilarə Kazımova, İlkin Dövlətov, İradə İbrahimova, Kamilə Nəbiyeva, Mehin Hümbətova, Murad Arif, Nuri, Vəfa Vəzirova, Zamiq Hüseynov, həmçinin “Natiq ritm” qrupu Azərbaycana, doğma Qarabağa həsr olunan mahnılar, Vətənimizi vəsf edən musiqilər səsləndiriblər.

Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məhz buna görə hər il iyunun 14-ü bütün dünyada Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur.

Ən son

İdman

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində 70-ə yaxın ölkədən azarkeşlərin olacağı gözlənilir.

İdman

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində 70-ə yaxın ölkədən azarkeşlərin olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin