Nəşr edilmişdir 09/30/2024

Paylaşın

GÜNDƏM

Bakıda mənzillər son 1 ildə 14 % bahalaşıb

c38e2d63-46ca-3006-871f-b448cf68c4ea_850

“BakıBaku” “Report”a istinadən xəbər verir ki, bu ilin avqust ayında Bakıda mənzillərin orta qiyməti iyul ayı ilə müqayisədə 2 % artıb.

Bunu “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrünə nisbətən paytaxtda mənzillər 14 % bahalaşıb.

“Bakının təkrar mənzil bazarında yeni tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2,3 %, il ərzində 14,9 %, köhnə tikililərdəki mənzillərin 1 kvadrat metrinin qiyməti isə ay ərzində 1,7 %, il ərzində 11,3 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 18,4 % artıb.

Ötən ay ilkin mənzil bazarında isə mənzillərin 1 kvadrat metrinin qiymətində əvvəlki ayla müqayisədə 1,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 15,7 % artım olub. Bazarda təklif ay ərzində 1,3 %, il ərzində isə 17,5 % artıb”, – deyə ekspert qeyd edib.

Bundan başqa, V.Oruc deyib ki, avqustda kirayəyə verilən mənzillərin 1 kvadrat metrinin qiyməti iyulla müqayisədə 4 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,5 % artım nümayiş etdirib. Bazarda təklif ay ərzində 1 %, il ərzində isə 14,6 % artıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Ən son

GÜNDƏM

Baki-baku.az Ujdavinisin çəkdiyi həmin fotoları sizə təqdim edir.

GÜNDƏM

Baki-baku.az Ujdavinisin çəkdiyi həmin fotoları sizə təqdim edir.