Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

İdman

Bakıda keçirilicək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

Cüdo

Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatı ilə bağlı rəsmi kommunikasiya kampaniyasına start verilib və biletlər satışa çıxarılıb.

Baki-baku.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab olunan çempionat Milli Gimnastika Arenasında təşkil olunacaq.

Yarışda dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir.

Çempionatla bağlı rəsmi kommunikasiya kampaniyası çərçivəsində yarışın əsas vizual xətti də ictimaiyyətə təqdim olunur. Yeni vizual yanaşma Bakı-2026 cüdo üzrə dünya çempionatının ruhunu, idman enerjisini və Azərbaycanın ev sahibliyini əks etdirir.

Yarış günlərində azarkeşlər həm fərdi, həm də qarışıq komanda yarışlarında dünya səviyyəli qarşılaşmaları canlı izləmək imkanı əldə edəcəklər. Azərbaycan azarkeşləri dünya cüdosunun ən güclü idmançılarını canlı izləmək və milli komandamıza doğma arenada dəstək olmaq imkanı qazanacaqlar. Dünya çempionatının Bakıda keçirilməsi ölkəmizin cüdo ailəsindəki nüfuzunu və bu idman növünə verilən önəmi bir daha göstərir.

Növbəti aylarda çempionatla bağlı yarış proqramı, iştirakçılar, azarkeş zonaları, xüsusi layihələr və digər yeniliklər barədə məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaq.

Çempionatın biletlərini “iTicket.az” vasitəsilə onlayn, həmçinin şəhərin müxtəlif satış kassalarından əldə etmək mümkündür.

Yarışla bağlı əlavə məlumatlar Azərbaycan Cüdo Federasiyasının rəsmi veb-saytı və sosial media hesabları vasitəsilə paylaşılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar

Ən son

İdman

Baki-baku.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab

İdman

Baki-baku.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, dünya cüdosunun ən nüfuzlu yarışlarından biri hesab
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin