Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/05/2025

Paylaşın

GÜNDƏM

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

IMG-20250205-WA0015

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 8-9-da Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Baki-baku.az-a bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada, ümumilikdə, 20 regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. İki gün müddətində saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu mənzillər MİDA-nın Hövsan Yaşayış Kompleksindədir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirdə Türk dünyasının müxtəlif coğrafiyalarından gələn şairə xanımlar, Azərbaycanın tanınmış ziyalıları,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbirdə Türk dünyasının müxtəlif coğrafiyalarından gələn şairə xanımlar, Azərbaycanın tanınmış ziyalıları,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin